Gənclik insanın öz zəiflikləri ilə mübarizə apardığı ən məhsuldar dövrdür

ELAZ.İNFO

Bir kişinin evinin qarşısında tikanlar böyüdü. Onlar böyüdükcə və inkişaf etdikcə yoldan keçənləri narahat etməyə başladı. Bir gün bir müdrik adam ona xəbərdarlıq etdi:

-“Çox gec olmadan onları qoparın”, lakin heç bir nəticəsi olmadı. Adam “bu gün olmasa, sabah” deyərək işi təxirə salmağa davam edirdi. Tikanlar getdikcə böyüyür, təkcə yoldan keçənləri deyil, kişini də narahat etməyə başlayırdı.

Müdrik adamın vəziyyətini görüb dedi:

-“Sən bu işi təxirə salırsan, sabah deyirsən, amma bil ki, o tikanlar hər keçən gün böyüyüb güclənir, sən gücdən düşürsən. Zəif və nöqsanların olması insan olmağın tələbidir. Lakin şəxsi zəifliklər vaxtında düzəlməzsə, tikan kimi kök salar. Başqalarından daha çox özünə zərər verir. Hər şeydə olduğu kimi, gənclik insanın öz zəiflikləri ilə mübarizə apardığı ən məhsuldar dövrdür.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights