Sinergetika nədir?

ELAZ.İNFO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İctimai xadimlərlə görüşlərə start verilib. Dünyanın tanınmış universitetlərində gənc intellektualların, tanınmış alimlərin tələbələrlə görüşləri təşkil olunur. Düşünürəm ki, ictimai xadimlərlə yanaşı elmin populyarlaşdırılması, elmin fəlsəfəsini bilən, mütaliəninin rasionallığını təşviq edən şəxsərlə də tələbələrin ünsiyyəti maraqlı ola bilər. İndinin özündə də Riyaziyyat nədir? Fəlsəfə nədir? Ədəbiyyat nədir? Süni intellekt nədir? Texnologiya nədir? Sinergetika nədir? Fənlərarası dünyagörüş nədir? kimi mövzular zamanın ruhuna uyğun olaraq aktuallıq kəsb edir. Tələbələrlə ixtisasları üzrə yeni ədəbiyyatlar barədə söhbət aparmaq onların elmə marağını gücləndirə bilər. Müəllimlər elm sahələri üzrə yeni ədəbiyyatlara maraq göstərmirlər. Bunun zərərini tələbələr çəkir. Ali məktəblərdə “Fəlsəfə” fənninin tədrisi demək olar ki, yığışdırılıb…
Nümunələr var. Nəhəng alimlərin yetişməsində mütaliənin rolu əvəzsidir. Hansı mütaliənin? Əlbəttə ki, sistemli və rasional mütaliənin. Tələbələrin biliyə can atmalarını bilirik. Onlar öyrənmək istəyirlər. Onların bu təbii istəklərini yerinə yetirmək lazımdır. Təəsüflər olsun ki, dar düşüncə tərzi və yaradılan süni əngəllər xəyal qırıqlığı yaradır.

Etibar Əliyev

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights