“Qədir Rüstəmov İstanbulda xəstəxanada koma vəziyyətində olarkən ziyarətinə getdim və yavaşca Qədirə yaxınlaşıb bağırdım:
“Qədir, Ağdamı aldıq! Aldıq ey!”
Dedim bu dünyadan rahat köçsün. Sonra çıxdım çöldə hönkur-hönkür ağladım. Qədirə yalan danışmışdım” Aqil Abbas.
İlk dəfə Ağdamda İmarətdə onu canlı görmüş idim. Qədir əmini. Sonra qismət oldu toyda da gördüm, yasda da. Hər zaman oxuyanda Qədir əmi İmarətdəki alovu onda görmədim. Sona Bülbülləri Ağdamdan Qədir əmi ilə birgə çıxdı, amma indi 2020-20 noyabrından Qədir əmisiz ora qayıdıb.
Qədir əmi, ruhun şad olsun daha. Ağdam azaddır. Aqil əmi sənə düz deyib o vaxt. Ağdam qayıdıb xalqımızın sayəsində. İndi Allahverdi əmi, Eldar əmi, Asif əmi, Sən, Atam birlikdə xöşbəxtsiniz o dünyada.. Ağdam yaşadıqca da Sizlər Ağdamda yaşayacaqsınız.
Zaur Əliyev