Unudulmaz Qəhrəmanlar- Zöhrab Mirzəyev

ELAZ.İNFO xəbər verir ki, 22 sentyabr Qarabağ müharibəsi iştirakçısı Zöhrab Mirzəyevin doğum günüdür.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!

Məlumat üçün bildirək ki, Zöhrab Mirzəyev 1974-cü ildə sentyabrın 22-də Ermənistan SSR-nin Vedi rayonunun Şidli kəndində anadan olub.

1981-ci ildə Şidli kəndində 1-ci sinifə gedib. 1988-ci ildə məlum səbəblərə görə qaçqın düşüb Xətai rayonunda məskunlaşıb. Orta məktəbi Xətai rayonunda 116 saylı orta məktəbi bitirib.

1991-ci ildə sənədlərini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə verib və 2 imtahandan sonra kəsilib. Universitetdən kəsiləndən sonra Azəristilik təchizatda elektrik mantyoru işləyib.

1992-ci ilin avqustun 11-i könüllü olaraq cəbhə bölgəsinə gedib. Avqustun 16-sı Ağdam rayonunun Yenikənd və Gülablının azad olunmasında gedən döyüşlərdə şəhid olub.

Şəhidlər Xiyabanında dəfn olunub.

116 saylı orta məktəbdə və yaşadığı məhəllədə abidəsi var.

Əli İBRAHİMOV

Bizi izləyin və paylaşın