ELAZ.İNFO xəbər verir ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.
Təcili tibbi yardımın zəruri tibbi müdaxiləsi nəticəsində qadın sağlam şəkildə övladını dünyaya gətirib.
Məlumata görə, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da xəstəxanaya aparılıblar.
Etimal var,Metropoliten bu uşağı himayəyə götürə bilər.
Aydan