ELAZ.İNFO xəbər verir ki, iyulun 10-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Əbu-Dabidə baş tutacaq. Bu iki tərəfli görüşə Birləşmiş Ərəb Əmirliyi ev sahibliyi edəcək.
Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb ki, görüş Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində gerçəkləşəcək.
Məlumat üçün bildirək ki, hal-hazırda Azətbaycan Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliyində səfərdədir.
İlahə BAYINDIR