YAĞIŞLI HAVADA BUNLARI ETMƏYİN: Psixologiyanızı Boz Buludlara Qurban Verməyin!

Bu, sadəcə təbiət hadisəsi deyil, yağışın psixologiyanıza qurduğu gizli bir tələdir. Əgər bu havada yanlış addımlar atsanız, depressiyanın dibinə yuvarlanmağınız qaçılmaz olacaq.

ELAZ.İNFO xəbər verir ki, yağış yağanda bədəndə serotonin — yəni “xoşbəxtlik hormonu” istehsalı dayanır, yerini yuxu gətirən melatoninin ağırlığına verir. Amma bu vəziyyətdən çıxış yolu var. Yetər ki, yağışın gətirdiyi o bədbinlik dalğasına təslim olmayasınız.

İnsanların yağışlı havada ən çox yol verdiyi səhvlər onların emosional vəziyyətini daha da pisləşdirir. Budur, yağışlı havada qətiyyən etməməli olduğunuz o “qara siyahı”:

Əvvəla, “hava yatmalı havadır” deyib yorğan-döşəyə sığınmaqdan imtina edin. Gün boyu yarıyuxulu qalmaq beyninizi daha da dumanlandıracaq. Qaranlıq otaqda oturmaq əvəzinə, evdəki bütün işıqları yandıraraq süni günəş effekti yaradın. Qara və boz geyimlərdən qaçın; ətraf onsuz da rəngsizdir, heç olmasa geyiminizlə ruhunuza rəng qatın.

Bundan başqa, sosial izolyasiyaya qapanmaq yağışlı havanın ən təhlükəli tərəfidir. Təklik bədbin düşüncələri qidalandırır. Yağışı bir maneə deyil, ruhunuzun yuyulması üçün bir fürsət kimi görün. Pəncərəni açın, o təravətli torpaq qoxusunu içinizə çəkin və hərəkətə keçin. Unutmayın ki, yağış yağanda təbiət ölmür, əksinə, dirilir. Siz də özünüzü diriltməyi bacarmalısınız.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights