Süni İntellekt və Kibertəhlükəsizliyin Gələcəyi Müzakirə Olunub


ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) rəhbərliyi “Cloudflare” şirkətinin təcrübəçiləri ilə görüş keçirib.
ELAZ.İNFO xəbər verir ki, görüş zamanı CISA rəhbərləri gənc mütəxəssislərin süni intellekt (AI), dövlət-özəl tərəfdaşlığı, məlumat mübadiləsi və kibertəhdidlərin qarşısının alınması ilə bağlı suallarını cavablandırıblar.
CISA nümayəndələri gənclərin həvəs və marağının yeni nəsil kiber müdafiəçilərin yetişdirilməsi və onların səlahiyyətləndirilməsinin nə qədər mühüm olduğunu bir daha xatırlatdığını vurğulayıblar.
Ruslan MƏMMƏDOV
0




