R.M.Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

09.06.2026 Müəllif: İlahə BAYINDIR Şərh: 0

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam verib. Sərəncamda deyilir:

-“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Məmməd oğlu Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2026-cı il”

Bizi izləyin və paylaşın
👁 0
İlahə BAYINDIR