Qonşuluğumuzdan yenə barıt qoxusu gələ bilər

30.09.2026

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır

ABŞ daha əvvəl İsraildən çıxardığı yanacaq dolduran təyyarələrin bir qismini yenidən İsrailə qaytarır. Bu yanacaq dolduran təyyarələr Ben-Qurion və Ramon hava limanlarında yerləşdirilərək əməliyyatlara hazır vəziyyətə gətiriləcək.

Yanacaq dolduran təyyarələrin əhəmiyyəti ondadır ki, onlar qırıcı təyyarələrin əməliyyat məsafəsini artırmağa imkan verir. Qırıcı təyyarə uçuş zamanı havada yanacaq dolduran təyyarədən yanacaq qəbul edə və bazaya qayıtmadan bölgədə daha uzun müddət qala bilər. Bu təyyarələrin geniş şəkildə yerləşdirilməsi daha əvvəl də ABŞ-ın regiondakı hərbi hazırlıqları ilə əlaqələndirilib.

Görünür, ABŞ İsraildə havada yanacaq doldurma imkanlarını artırır və ya yenidən təşkil edir ki, ABŞ hərbi təyyarələri bölgədə daha uzun müddət əməliyyat apara bilsin.

Aydan

Bizi izləyin və paylaşın
👁23
Teqlər: