Polşada avtobus aşdı- içində ABŞ hərbçiləri vardı

06.05.2025 Müəllif: İlahə BAYINDIR Şərh: 0

ELAZ.İNFO, BAKI, 06.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Polşada ABŞ hərbçilərini daşıyan avtobus yol qəzasından sonra aşıb.
Polşada Almaniyadan Litvaya gedən Amerika əsgərlərini daşıyan avtobus sürüşərək xəndəyə düşüb və aşıb. Bu barədə mayın 6-da RFM24 nəşri məlumat yayıb.

Nəşr yazır ki, hadisə Polşanın Aşağı Sileziyada A4 avtomobil yolunda baş verib, avtobusda 35 nəfər olub, onlardan 8-i yaralanıb.

Xəbərdə deyilir ki, hadisə yerinə onlarla yanğınsöndürən və iki təcili yardım maşını göndərilib.

Esmira RƏHİMOVA

Bizi izləyin və paylaşın
👁 0
Teqlər:
İlahə BAYINDIR