“Azadlıq, Ədalət, Milli Hökumət” Yanılsaması və Güney Azərbaycan Türk Millətinin İstiqlal Yolu
İran adlı ölkədə yaşanan siyasi və ictimai böhranlar fonunda Güney Azərbaycan Türk Millətinin qarşısına illərdir eyni şüar və eyni terminoloji tələ qurulur:
“Azadlıq, ədalət, milli hökumət.”
Bu şüar ilk baxışda cazibədar görünsə də, terminoloji, siyasi və tarixi baxımdan Güney Azərbaycan Türk Millətinin istiqlalını, tam müstəqilliyini və Güney Azərbaycan Türk Cümhuriyyətinin bərpasını təmsil etmir. Əksinə, bu şüar İran adlı ölkənin ərazi bütövlüyü daxilində təklif olunan:
federalist, muxtariyyətçi,
İran Konstitusiyasının 15-ci maddəsinə əsaslanan “ana dilində kurslar”
kimi kosmetik və aldadıcı modellərin ideoloji örtüyüdür.
Tarix isə açıq şəkildə göstərib ki, bu cür yanaşmalar millətimizi azadlığa yox, fəlakətə aparıb.
Əsas sual: Dövlətsiz “milli hökumət” olarmı?
Burada cavab verilməyən, lakin qəsdən ört-basdır edilən əsas sual budur:
Dövləti olmayan bir millət necə “milli hökumət” qura bilər?
Bu sualdan yayınan bəzi özünü “ziyalı” və “savadlı” adlandıran çevrələr, əslində Güney Azərbaycan Türk Millətini uydurma ümidlərlə aldadıblar. Onların təklif etdiyi model açıqdır:
Güney Azərbaycan Türk Milləti yad bir dövlətin – İran adlı ölkənin – tərkibində, onun icazəsi və konstitusion çərçivəsi daxilində guya “milli” bir idarəçilik qursun.
Bu yanaşma siyasi baxımdan yanlışdır, tarixi baxımdan isə təhlükəlidir. Çünki İran adlı dövlət son yüz ildə:
Türk Millətinə qarşı inkar və assimilyasiya siyasəti yürüdüb, kütləvi repressiyalar və qırğınlar törədib, milli kimliyi sistemli şəkildə silməyə çalışıb.
RZA Qaraçay
Güney Azərbaycan Milli Məşvərət Şurası.