Akademik Akif Əlizadə vəzifədən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb.

ELAZ.İNFO xəbər verir ki, akademikin fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib.

Təhsil naziri Emin Əmrullayevin müvafiq sərəncamına əsasən instituta yeni direktor müavini təyin olunan Elçin Vəliyev Geologiya İnstitutunun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın