Hindistanda güclü yağışlar daşqınlara səbəb oldu

Hindistanda güclü yağışlar daşqınlara səbəb oldu – minlərlə insan təhlükəsiz əraziyə köçürülür

ELAZ.İNFO xəbər verir ki,  Hindistanın Uttar-Pradeş ştatında güclü musson yağışları bir sıra rayonlarda daşqınlara səbəb olub.

Məlumata görə, təbii fəlakətdən ştatın 31 rayonu təsirlənib. Çitrakut rayonu ən çox zərər çəkən ərazilər sırasında göstərilir. Burada Mandakini çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində 36 kənd su altında qalıb və təxminən 14 min sakin daşqının təsirinə məruz qalıb.

Su evlərə və obyektlərə daxil olduğundan sakinlərin bir hissəsi daha yüksək ərazilərə köçmək məcburiyyətində qalıb. Bir sıra yollarda hərəkət dayanıb, bəzi yaşayış məntəqələrinə gediş-gəliş üçün qayıqlardan istifadə olunur.

Yerli qurumlar əhalinin təhlükəsiz ərazilərə çıxarılması və zəruri yardımların çatdırılması istiqamətində iş aparır.

Sinoptik vəziyyətin də diqqətlə izlənildiyi bildirilir. Yağıntıların davam etməsi ehtimalı daşqınların təsir dairəsinin genişlənməsi riskini artırır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın