ELAZ.İNFO xəbər verir ki, Yaponiyanın Honda şirkəti qarşıdakı dörd il ərzində xərcləri 9 milyard dollardan çox azaltmaq planı üzərində işləyir.
Reuters-in əldə etdiyi sənədlərə əsasən, şirkət təchizatçılardan xərclərin azaldılması istiqamətində tədbirlər görməyi istəyib.
Addım avtomobil sənayesində rəqabətin, xüsusilə Çin şirkətlərinin elektrik avtomobilləri bazarında artan çəkisinin yaratdığı təzyiqlər fonunda atılır.
İslam MAHMUDOV


