Hörmüz boğazında gərginlik neft bazarını yenidən hərəkətə gətirib

Hörmüz boğazında gərginlik neft bazarını yenidən hərəkətə gətirib

ELAZ.İNFO xəbər verir ki, ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələyə keçməsi dünya enerji bazarında narahatlığı artırıb.

Xüsusilə Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyət neft bazarının əsas diqqət mərkəzindədir. İranın bəzi gəmilərə qarşı məhdudiyyətlər tətbiq etməsi bölgədən enerji daşımalarının təhlükəsizliyi ilə bağlı suallar yaradıb.

Reuters-in məlumatına görə, sentyabrın 3-də Brent markalı neftin qiyməti əvvəlki sessiyada kəskin dalğalanmadan sonra 95,20 dollar ətrafında olub. ABŞ markalı WTI neftinin qiyməti isə 90,77 dollar səviyyəsində qərarlaşıb.

Maraqlı məqam ondan ibarətdir ki, qiymətlərdə artım gözləntilərinə baxmayaraq, bazarda müəyyən geriləmə də müşahidə olunub. Bunun səbəblərindən biri investorların qarşıdurmanın daha da genişlənib-genişlənməyəcəyini gözləməsidir.

Hörmüz boğazı dünya enerji ticarəti üçün mühüm marşrutlardan biridir. Son məlumatlara görə, burada gəmi hərəkətinin əvvəlki orta göstəricidən aşağı düşməsi də diqqət çəkir.

Bazar iştirakçıları üçün əsas məsələ bundan sonra regiondakı hərbi vəziyyətin enerji daşımalarına real təsir edib-etməyəcəyidir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın