ELAZ.İNFO xəbər verir ki, Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı öz işinə başlayıb.
2-3 sentyabr tarixlərini əhatə edən tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın əsas mövzusu minalarla çirklənmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsi və şəhərlərin bərpası prosesində minatəmizləmə fəaliyyətinin rolu ilə bağlıdır. Tədbirin mövzusu “Humanitar minatəmizləmə və şəhərlərin bərpası” istiqamətini əhatə edir.
Beynəlxalq toplantıda müxtəlif ölkələrdən və təşkilatlardan nümayəndələr iştirak edir. Burada mina təhlükəsinin aradan qaldırılması, təhlükəsiz yaşayış məntəqələrinin yaradılması və müvafiq sahədə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunur.
Konfransın Bakıda keçirilməsi Azərbaycanın mina probleminin beynəlxalq səviyyədə müzakirə olunduğu əsas platformalardan birinə çevrilməsi baxımından diqqət çəkir.
Tədbir çərçivəsində müxtəlif panel müzakirələrinin keçirilməsi və minatəmizləmə sahəsində təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.
İlahə BAYINDIR


