Azərbaycandan Ermənistana 989 ton dizel yanacağı göndərilir

Azərbaycandan Ermənistana 989 ton dizel yanacağı göndərilir

ELAZ.İNFO xəbər verir ki,  Azərbaycandan Ermənistana daha bir partiya dizel yanacağının göndərilməsi planlaşdırılır.

Məlumata görə, yük 17 çən vaqondan ibarətdir və ümumi çəkisi 989 ton təşkil edir. Dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq.

Bu marşrut üzrə həyata keçirilən daşınma Azərbaycan və Ermənistan arasında son dövrdə formalaşan yeni nəqliyyat və iqtisadi əlaqələrin diqqətçəkən nümunələrindən biridir.

Məlumata əsasən, indiyədək Azərbaycandan Ermənistana təxminən 15 min ton dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin göndərilib.

Qeyd edək ki, yeni partiyanın daşınması iki ölkə arasında kommersiya xarakterli yüklərin hərəkətinin davam etdiyini göstərir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın