Honda xərcləri 9 milyard dollardan çox azaltmaq istəyir

Honda xərcləri 9 milyard dollardan çox azaltmaq istəyir

ELAZ.İNFO xəbər verir ki, Yaponiyanın Honda şirkəti qarşıdakı dörd il ərzində xərcləri 9 milyard dollardan çox azaltmaq planı üzərində işləyir.

Reuters-in əldə etdiyi sənədlərə əsasən, şirkət təchizatçılardan xərclərin azaldılması istiqamətində tədbirlər görməyi istəyib.

Addım avtomobil sənayesində rəqabətin, xüsusilə Çin şirkətlərinin elektrik avtomobilləri bazarında artan çəkisinin yaratdığı təzyiqlər fonunda atılır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın