Sinqapurda doğum səviyyəsinin rekord dərəcədə aşağı düşməsi (doğum əmsalı 0,87) fonunda hökumətin ailələrə hər uşaq üçün təxminən 55 min ABŞ dolları maliyyə köməyi və genişləndirilmiş sosial dəstək paketi təklif etməsi dünya mediasında geniş müzakirə olunur.
ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev açıqlamasında Sinqapur təcrübəsinin Azərbaycan üçün vacib nümunə olduğunu, lakin məsələyə yalnız “uşağa görə pul verək” prizmasından baxmağın düzgün olmadığını bildirib.
Sinqapur təcrübəsinin əsas dərsliyi birdəfəlik ödənişlər deyil, dövlətin gənc ailənin qarşısında duran mənzil, gəlir, uşaq baxımı, təhsil və iş-ailə balansının qorunması kimi problemlərə birgə baxmasıdır. Azərbaycan üçün də gənc ailələrə sistemli dəstək mexanizminin hazırlanması vacibdir. Xüsusilə ikinci və üçüncü uşağın doğulmasına görə əlavə sosial ödənişlər, güzəştli mənzil və ipoteka imkanlarının genişləndirilməsi, bağçaların əlçatanlığının artırılması və işləyən valideynlər üçün vergi-sosial güzəştlərin verilməsi müzakirə olunmalıdır.
“Ailəyə uşağın doğulduğu gündən yetkinlik yaşına qədər dövlət dəstəyi” modelinin tətbiqi məqsədəuyğundur. Bu model yalnız maliyyəni deyil, səhiyyə, təhsil və məşğulluq imkanlarını əhatə etməlidir. Azərbaycanda hələ ki Sinqapurdakı kimi böhranlı hədd yaşanmasa da, mənfi tendensiyanın dərinləşməsini gözləmədən “Gənc ailə və demoqrafik inkişaf” üzrə uzunmüddətli Dövlət Proqramı hazırlanmalı, ailələrin gələcəyə olan inamı və sosial güvəni artırılm
Ruslan MƏMMƏDOV


