ELAZ.İNFO xəbər verir ki, sosial xidmət müəssisələrindən valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqların övladlığa götürülməsi və ya himayədar ailələrə verilməsi ilə bağlı sosial ödəniş mexanizmləri tətbiq olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, belə uşaqları övladlığa götürən və ya himayədar ailəyə qəbul edən şəxslərə müvafiq aylıq sosial ödənişlərlə yanaşı, uşağın əlilliyinə və ona qulluğa görə nəzərdə tutulan ödənişlər də verilir.
Ödənişlərin məbləği uşağın əlilliyinin funksional məhdudiyyət səviyyəsindən və yaşından asılı olaraq dəyişir. Məsələn, funksiyaların 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağın övladlığa götürülməsi halında aylıq ümumi ödəniş 1270 manat, gözdən əlilliyi müəyyən edilmiş uşaq üçün isə 1370 manat təşkil edir.
Himayədar ailələr üçün də uşağın yaşına uyğun fərqli məbləğlər müəyyənləşdirilib. Bundan əlavə, himayədar ailəyə verilmiş uşaqlar üçün mövsümi geyim alınmasına görə hər rübdə bir dəfə 200 manat birdəfəlik müavinət nəzərdə tutulur.
İlahə BAYINDIR


