120-dən çox əlilliyi olan gənc yeni peşə öyrənir

120-dən çox əlilliyi olan gənc yeni peşə öyrənir

ELAZ.İNFO xəbər verir ki, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda 120-dən çox gənc müxtəlif peşələr üzrə hazırlıq keçir.

Mərkəzə 15–35 yaş aralığında əlilliyi olan şəxslər qəbul edilir. Gənclər burada 3–6 ay davam edən kurslarda yeni bacarıqlar əldə edir və eyni zamanda sosial reabilitasiya xidmətlərindən yararlanırlar.

Tədris istiqamətləri arasında kompüter montajı, montajçı-operator, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağac üzərində oyma və kişi bərbəri kimi peşələr yer alır.

Mərkəzdə təhsil alan gənclər dövlət hesabına yataqxana və yeməklə təmin edilir. Kursu uğurla başa vuran iştirakçılara peşə şəhadətnaməsi verilir. Bundan sonra onların əldə etdikləri ixtisas üzrə işlə təmin olunmasına da dəstək göstərilir.

Beləliklə, proqram yalnız peşə öyrədilməsi ilə məhdudlaşmır, əlilliyi olan gənclərin əmək bazarına çıxışına və müstəqil fəaliyyət imkanlarının genişləndirilməsinə də xidmət edir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın