ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycanda Laçın Şəhəri Günüdür.
26 avqust tarixi Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı əlamətdar gün kimi qeyd edilir. 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib.
Bu tarixdən sonra Laçında genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Şəhərdə yaşayış binaları, sosial obyektlər və müxtəlif infrastruktur layihələri həyata keçirilir.
Laçının inkişafı ilə yanaşı, şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı da mərhələli şəkildə davam etdirilir.
26 avqust artıq Laçının tarixində yeni mərhələnin başlanğıcını ifadə edən xüsusi tarixlərdən biri kimi yadda qalır.
İslam MAHMUDOV


