“Mercedes” markalı yük avtomobilinin sürücüsü idarəetməni itiri

Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpıldı: Sürücü xilas edildi

ELAZİNFO xəbər verir ki, Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Aran Regional Mərkəzinin xilasediciləri göndərilib.

Sürücü avtomobildən çıxarılıb

İlkin məlumata görə, “Mercedes” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb və sürücü maşının içərisində çıxılmaz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıblar.

Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Aqil Tağıyev xilas edilərək tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın