İnsanlar azad yaşamaq, quldarlıq, feodalizm dövründən çıxmaq istəyirlər

İnsanlar azad yaşamaq, quldarlıq, feodalizm dövründən çıxmaq istəyirlər

ELAZ.İNFO

Dünyanın ən qədim Universitetinin olduğu, ərəb ölkələri içərisində Mudavana- qadına daha çox azadlıq verən qanun olmasına baxmayaraq, turizm ölkəsi kimi gəlir gətirən ölkə kimi ilk yerlər tutmasına baxmayaraq, dünyanın nəhəng şirkətlərinin burada olmasından asılı olmayaraq ölkə xöşbəxtlik meyarına görə 147 ölkə arasında 112-ci yerdə qərarlaşıb. Bu, əhalinin ümumi subyektiv xoşbəxtlik səviyyəsinin aşağı olduğunu göstərir.

Bilirsiniz nəyə görə ? Hansı vəzifədə, hansı yaşda, hansı nəsildən və hansı statusdan asılı olmayaraq hər kəs kral və oğlu qarşısında ikiqat əyilməyə və əllərini, çiyinlərini öpməyə məcburdular.

Mərakeş idarəçilik sistemində “Bəyət” ənənəsinin olması artıq orda yaşayan gənc nəsli daha bezdirib və onlar hesab edirlər ki, insan ləyaqətini alçaldan və feodal dövrdən qalma bir məcburi davranış davam etdikcə orda yaşamaq daha da çətinləşir.

XXI əsr, süni intellekt, başqa planetlərdə yaşam axtarıldığı və dünya texnologiyaların inkişafına şahidlik etdiyi bir dövrdə insanların baş əyməsi, əl öpməsinə etirazları cəzalanma ilə nəticələnməsi gənclərin artıq Bəsdir ! deməsinə şərait yaradıb..

Buna görə də gənclər, vətəndaşın dövlət qarşısında qul deyil, bərabərhüquqlu fərd olduğu cəmiyyətlərdə yaşamaq istəyirlər. Ona gərə Avropa və Amerika ölkələrini seçirlər. Çünki qərbdə sistemə və elitaya nə dərəcədə
sadiq yox, peşəkar və azad insan olmaq imkanı olur..

İnsanlar azad yaşamaq, quldarlıq, feodalizm dövründən çıxmaq istəyirlər. İnsanlar yaşadıqları ölkənin vətəndaşıdırlar. Qulları deyil!!

Ona görə gənclər bu cürə sistemdə yaşamaq istəmirlər daha. Məhz bu faktora görə gənclərin qərb ölkələrində yaşama istəklərini başa düşmək lazımdı.

Bu cürə dövlətlər də filosof Spinozanın bu sözünü unutmasınlar:

“Dövlətin son məqsədi hökmranlıq etmək və ya insanları qorxu altında saxlamaq deyil; əksinə, hər bir insanı qorxudan azad etmək, onun təhlükəsiz yaşamasını və düşünməsinə mane olmamaqdır.”

Zaur Əliyev

Dr

Bizi izləyin və paylaşın