BİZİM MARAQLARIMIZI NƏZƏRƏ ALMAGA MƏCBUR OLACAQLAR

BİZİM MARAQLARIMIZI NƏZƏRƏ ALMAGA MƏCBUR OLACAQLAR

ELAZ.İNFO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Mehriban xanım Əliyevanın İyulun 30 da Qırğızıstanın Çolpan-ATA şəhərində yüksək səviyyədə qarşılanması və iyulun 31 də Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının zirvə görüşünün keçirilməsi olduqca böyük iqtisadi, siyasi və geosiyasi hadisədir. Prezident İlham Əliyevin və prezident Sadır Japarovun bir-birini hər iki dövlətin ali ordeni, “Heydər Əliyev” və “Manas” ordenləri ilə təltif etməsi, həm iki ölkə arasında müttəfiqliyin ən yüksək zirvəyə yüksəldilməsi, həm qardaş ölkələrə daha yüksək səviyyədə münasibətlərin olmasının örnəyini göstərir.


Azərbaycan və Mərkəzi Asiya Ölkələrinin dövlət başçılarının görüşü dosta da, düşmənə də olduqca önəmli mesajlar verir. Yeni ədalətli dünya nizamının qurulması prosesinin müharibələrlə aparıldığı bir zamanda belə yüksək regional və dünya səviyyəli toplantının keçirilməsi olduqca önəmli hadisədir. Dünyanı bir və ya iki qütb tərəfindən idarə olunmasının mümkünlüyünü düşünən güc mərkəzlərinə, dövlət rəhbərlərinə belə zirvə toplantıları, onlara anlamaq üçün mesaj verir ki, dünya böyükdür, mürəkkəbdir və çox dövlətlər və təşkilatlar var və güclüdür. Bu hadisələr bir daha dünyaya mesaj verir ki, dünya çox qütüblüdür! Düşünürəm ki, iyulun 31 də Azərbaycan və Mərkəzi Asiya Ölkələrinin Dövlət Başçılarının zirvə görüşünün əsas geosiyasi məna yükü bundan ibarətdir. Eyni zamanda İyulun 30 və 31 2026 ildə Çolpan-ATA şəhərində olan bütün yüksək səviyyəli görüşlər, birbaşa ölkələrin iqtisadiyyatını gücləndirməklə yanaşı, eyni zamanda, şərqdən qərbə ticarət yolunun daha təhlükəsiz, daha ucuz və daha qısa müddətli olduğunu göstərir. Bununla yanaşı belə yüksək səviyyəli görüşlər hər bir iştirak edən ölkənin təhlükəsizliyini artırır və bir qurum olaraq da, beynəlxalq aləmdə siyasi və geosiyasi mövqelərini möhkəmləndirir.


Ümumiyyətlə Türk Dövlətləri Təşkilatı (TDT) ilə Azərbaycan və Mərkəzi Asiya ölkələri Şura üzvləri eyni ölkələrdir. Əgər TDT-na Tacikistanı yüksək qonaq kimi iştirakı təmin olunsa təşkilatın geosiyasi məna yükü daha da güclənər. Bu iki beynəlxalq qurum bir tam olaraq geosiyasi məna yükünü daha çox artırmış olar. Doğrudur, heç bir geosiyasi güclər, bu gün bir-biri ilə mübarizə aparan dövlətlər, gizlində də olsa buna qarşı çıxacaqlar. Əgər belə düşünsək bu məkirli güclər bizim yox olmağımızı istəyir. Onlar bizi hər zaman özlərindən asılı vəziyyətdə olmağımızı istəyirlər. İndi nə edək onların istədiyi kimi zəif olaq, onların “oyuncaq” dövlətinə çevrilək? Ona görə də düşünürəm ki, Tacikistanın da TDT-də iştirakını mümkün olması haqqında düşünmək, bu günün aktual məsələsidir. Biz böyük,güclü olsaq ,bu gün dünyanı öz aralarında təsir zonalarına bölmək üçün müharibə aparan dövlətlər bizə hörmət edəcək.Bizim maraqlarımızı da hər bir strateji planlarda nəzərə almağa məcbur olacaqlar.

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın