Müasir müstəqil Azərbaycan Respublikası tək 1918-ci ildə qurulmuş AXC-nin varisi deyil, həm də birmənalı olaraq bütün tarixi dövlətlərimizin tarixi və mənəvi varisidir. AXC-dən bizə sərhədlərimiz, paytaxtımız, bayraq, gerb, himnimiz, dünyada nümunə olacaq demokratiq ənənə və s. qalıb və biz bu dəyərləri və dövlətimizi dayanmadan gücləndiririk. Bəs tarixi dövlətlərimizdən bizə nə qalıb? Bu dövlətlərin bu gün bizə hansı təsirləri vardır? Məlibdur ki, Azərbaycan xalqının beş min illik şərəfli dövlətcilik tarixi vardır. Çox qədimə getmədən Ağqoyunlu dövlətimizdən (1468-1508) başayaraq Səfəvilər (1501-1736), Afşarlar(1736-1747), Qacarlar (1796-1925), 40-a qədər xanlıq dövlətlərimiz (1747-1796), uzun sürən hakimiyyəti olan Şirvanşahlar dövlətimizdən (861-1538) bu gün bizə nələr qalıb? Bu dövlətlərdən bizə olduqca böyük və zəngin sivilizasiya, tarixi abidələrimiz, yazılı və şifahi incəsənət, ədəbiyyat, mədənityət, elm qalıb, siyasi və dövlətcilik ənənələri və olduqca böyük milli mənəvi dəyərlər, mənəviyyat qalıb. Respublikamızda Türk svilizasiyasının tərkib hissəsi olan Azərbaycan sivilizasiyası, mənəvi zənginliyimiz öyrənilir və təbliq olunmaqdadır. Bu olduqcaa əladır!
Bəs tarixi dövlətlərimizdən bizə qalan dərslər və bu gün də bizə çətinlik yaradan amillər nədir? Tarixi dövlətlərimizə ümumi nəzər salanda görürük ki, dövlətimizin siyasəti güclü olduqca dövlət də güclü və uzun ömürlü olur. Şirvanşahlar dövlətində diplomatiya o qədər güclü olub ki, xalqı və dövləti qorumaq üçün hətta Əmr Teymurla sülh müqaviləsi imzalanıb. Görürük ki, belə dövlətdə böyük şairlər, mütəfəkkirlər yetişir. Böyük mütəfəkkirlərimizin çoxu Şirvanşahlar zamanı yetişib. 40-a qədər xanlıq dövlətlərə parçalandıq və gördük ki, bu vəziyyət bizi Rusiya və İngiltərə dövlətlərinin “yeminə” çevirdi. İrəvan xanlığımız Rusiyaya ilə beş dəfə qəhrəmanlıqla döyüşsə də birliyimiz olmadığı üçün işğal olunduq. İrəvan torpaqlarımızda Haylara respublika yaratdılar. Biz birliyimizin nə qədər önəmli olduğunu görürük! Ağqoyunlu, Səfəvilər, Osmanlı dövlətlərinə Avropa ölkələrindən diplomat, qonaq adı ilə gələn cəsusların gizli məxvi təxribatları ilə iki qan qardaş Osmanlı və Səfəvi arasında müharibələr oldu. Biz tariximizdən, heç bir təxribata aldanmamağı öyrəndik. Akademiq Yaqub Mahmudovun “Azərbaycan Diplomatiyası” adlı kitabında yazılıb; “Hər dəvə Osmanlı və Səfəvi müharibəyə başlayanda Avropa bayram edirdi.” Qan qardaşlar olan “Səfəvi Osmanlı dövlətləri arasında olan müharibələrdə bütün Türk İslam dünyası məğlub oldu. Avropa dövlətləri qalib olurdu.” Böyük dövlətcilik tariximiz bizə öyrədir ki, heç vaxt böyük hökmdarlarımıza, böyük rəhbərlərə qarşı çıxmaq olmaz. Tariximiz bizə dərs verir ki, Nadir Şaha, Ağa Məhəmməd şah Qacara məkirli güclərin iftirası ilə sui-qəst etməklə böyük dövlətlərimiz, hökmdarlarımız yox oldu. Nadir şahdan sonra böyük ölkəmiz xanlıqlara bölündü, Ağa Məhəmməd Şah Qacar Azərbaycanı birləşdirmək istədi. Məkirli güclərin təxribatları yenə də baş tutdu, şaha sui-qəst etdik. Bundan sonra Qacar Şahları İngilis generallarından asılı vəziyyətə düşdü. Tariximiz bizə anladır ki, böyük hökmdarlara, rəhbərlərə qarşı çıxmaq, xalqı ölkəni fəlakətə aparmaq deməkdir. Beləliklə Qacar dövlətimiz ingilis cəsislarının yardımı ilə farslaşdırıldı. Müasir İran dövlətini yaratdılar. Tarixi dövlətlərimizin aqibəti, bizə bundan sonra səhf etməməyi öyrədir. Bu gün də Ulu öndər Heydər Əliyevə, dövlətimizin Prezidentinə qarşı danışanlar olsa, bilin ki, bunları bizə qarşı danışdıran beyin mərkəzlər var.
Tarixi dövlətlərimiz bizim xalqın qan yaddaşında, şüurunda, təfəkküründə silinməz böyük dövlətcilik potensialını yaradıb. Bu böyük mənəvvi dəyəri heç kim xalqımızdan ala bilməz. Xalqımızda olan bu dəyəri, bu gün geosiyasi müharibə aparan güclər yaxşı bilir. Ona görə də tarixi dövlətimiz olan Qacarlar dövləti farslaşdırıldı. Farslaşdırılmış müasir İran dövlətində (artıq 101 ildir) Azərbaycan Türklərinin yenidən hakimiyyətini bərpa etməsi qorxusu, həm İranda rejim rəhbərlərini, həm də bu gün İranı öz tərəflərinə çəkmək istəyən gücləri çox qorxudur.(Rusya, İngiltətə, ABŞ, Fransa. Almaniya və müsir dövrdə Çin) Ümumiyyətlə müsir geosiyasi güclər bu gün də Türk dövlətlərinin biriyini, Türk dövlətlərinin güclənməsini istəmirlər. Onlar bir daha güclü Türk birliyinə rəqib olmağı qətiyyən istəmirlər. Deyə bilərik ki, bu onarın qırmızı xəttidir.
Bütün bunlara görə İranda bütün haqlara haqqı olan Azərbaycan Türklərini görməzdən gəlirlər, mümkün qədər onlara mane ourlar, təziqlər edirlər.
Şimali Azərbaycan, yəni, Azərbaycan Respublikasının da güclənməsini qətiyyən istəmirlər. Türk Dövlətləri Təşkilatının güclənməsini özünün əsas siyasi istiqamətlərdən biri olduğunu elan edən Azərbaycan Respubliksını içəridən zəiflətmək üçün bütün vasitələrdən, hətta yumşaq hücumlar etməkdən də çəkinmirlər. Bizə qarşı hətta əvvəlcədən uzun illərə planlaşdırılan siyasətlə, “alim”lər də yarada bilərlər. Bu ideoloji İnformasiya müharibəsinin tərkib hissəsidir.
Bir neçə gün əvvəl sosial şəbəkədə azərbaycan trixcilərindən Ceyhun Məmmədovla Elnur Nəsirovun “Şah İsmail Xətai və Qızılbaşlar” mövzusunda debatına baxdım. Bu debata baxdıqca dəhşət məni bürüdü. Elnur Nəsirovun dedilkərini qısa qeyd edim. “Şah İsmail Xətai Şeyx Heydərin oğlu deyil. Səfəvilər dövlətində Səfəvilər adamyeyən olub. Şah İsmail Sünnü təriqətinin düşməni idi. Sünniləri öldürüb. Şah İsmail İraançılığı yaymaq üçün gəlib. Şah İsmail İran dövlətciliyinin banisidir, və s.” Heç məktəblinin də inanmadığı sözləri fakt kimi danışırdı. Mən dəhşətə gəldim. Bu adam alimdir? Azərbaycanlıdır? Dəyərli alim Ceyhun müəllim bu debatda bütün bunlara səbrlə, təmkinlə elmi faktlarla və ən əsası real tarixi hadisənin mahiyyətini, səbəbini göstərdi. Haqlı olaraq Ceyhun müəllim qeyd etdi ki, məcazi mənada işlədilən sözləri (Beynimin ətini yedin. canımı yedin və s) həqqiqi mənada Elnur Nəsirov nəyə görə işlətsin? Özü də qeyd edirki, bu fakt deyil, ehtimal edirəm. Ceyhun müəllim əsl alim kimi sözünü yüksək səviyyədə dedi. Ona təşəkkür edirəm.
Amma düşünəndə ki, Elnur Nəsirov tarixcidir və o Türkiyədə ədəbiyyat tarixi ixtisası üzrə ali təhsil alıb, mən də onun kimi ehtimal edirəm ki, bəlkə bu adam da ideoloji, informasiya müharibəsində əvvəlcədən məkirli güclərin Azərbaycana qarşı hazırlayıblar və “alim” kimi ölkəmizdə böyük hökmdarlara “dil uazatsın” və Azərbaycanda vətəndaşları qarşı-qarşıya qoysun. Şah İsmail Xətai böyük hökmtardır, Azərbayvcan torpaqlarını birləşdirib. Nəyə görə Elnur Nəsirov deyir ki, Şah İsmail sünnüləri öldürüb. O yaxşı bilir ki, Respublikaızın təxminən yarısı sünni, yarsı da şiyə məshəbindədir. Azərbaycada heç vaxt təriqət müharibəsi içəridən yaranmayıb. Xaricdən xainlər tərəfindən gətirilib. 1538-ci ildə Səfəvilər Şirvan dövləti qarşısında sual qoydu Şirvan dövləti ya böyük Azərbaycan? Şirvanşahlar dövlti böyük Azərbaycanı seçdi və tarixdə bir xalq, birlik üçün müharibə etmədən birləşdi. Şirvanşahlar 700 illik hakimiyyətinə, böyük Azərbaycan naminə son qoydu. Şirvanşahlarin demək olar hamısı sünni idi. Azərbaycanda nə bu gün nə də tarixdə təriqət mübarizəsi olmayıb.
Bəs Elnur Nəsirov bu fkikri deməklə nəyə görə azərbaycanı bölmək, təriqət qavasının əsasını qoymağa çəht edir?! Ehtimal edirəm ki, Elnur Nəsirov bilərəkdən və ya bilmədən Türkiyədə olan Türk birliyinin düşmənlərinin toruna düşüb. Buna faktdım yoxdur. Amma dəmir məntiqlə öz təbiri ilə desəm ehtimal edirəm ki, Elnur Nəsirovun Şah Xətai və Qızılbaşlar haqqında çıxışları, xarici məkirli gücərin ölkəmizin içində apardıqları informasiya müharibəsinin tərkib hissəsi olan elementlərdən biridir.
Tarix o zaman elm olur ki, və o zaman bizə faydası olur ki, tarixi hadisənin mahiyyətini və əsas baş vermə səbəbini bilək. Dəyərli Alin Ceyhun müəllim haqlı olaraq sübut edir ki, Azərbaycanda və eləcə də Səfəvilər dövlətində təriqət müharibəsi olmayıb. Dövlət qurmaq üçün tabe olmayan şiyyələri də sünniləri də öldürüb. Şah Xətai Sünni əmiri Zəkəriyyə Təbrizi Göcəsini baş vəzir təyin edib. Ona Azərbaycanın açarl ləqəbini verib.
Tarixi dövlətlərimizdən bizə dərs olmalıdır ki, bu gün də bizə qarşı bütün istiqamətlərdə və bütün səviyyələrdə hücumlar davam etməkdədir. Məkirli qüvvələr elm aləminə də öz adamlarını hazırlayıb yerləşdirə bilərlər. Zamanında Osmanlı İmperiasını zəiflədib yox edənlərdən biri də Vəhabililik olub. İslam təriqətləri arasında sonradan xarici güclərin dəstəyi ilə vəhabilik təriqət kimi güclənib. İslam aləmində yeganə təriqətdir ki, BMT də nümayəndəliyi var. Ona yardımlar ayrılır. Nəyə görə? Bax bu suala cavab odurki, bu Vəhabilik hər zaman ancaq islam və Türk birliyini bölmək üçün və ancaq İslam və Türk dövlətlərinə qarşı olub. Ehtimal olunur ki, Vəhabiliyin ən ali rəhbəri xarici güclərdən təlimatlanır və maliyyələşir. Bizim birluyimizi istəməyən dövlətlr də məlubdir.
Tarixi dövlətlərimizdən bizə qalan bir çətinlik də odur ki, bütün müasir böyük dövlətlərin düşüncəsində, Türk xofu bu gün də qalmaqdadır. Ona görə içimizdə olan bəzən öz “alim”lərimiz olsa da işinin nəticəsinə, sözünün mahiyyətinə baxmalıyıq.
Azərbaycan xalqı daim birliyini qorumalı, dövlətimizi və TDT-nı gücləndirib güc mərkəzi səviyyəsinə yüksəltməlidir! Bu, bütün Türk-İslam dövlətlərinin geosiyasi hədəfidir.
Tahir Ələkbərov


