din-son-sutkanin-emeliyyat-statistikasi-elaz-info.

Onlarla cinayətin açılması təmin edilib, silahlar və kiloqramlarla narkotik götürülüb

Azərbaycanda asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə və hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində növbəti genişmiqyaslı əməliyyat-axtarış tədbirləri uğurla həyata keçirilib. Ölkə miqyasında müxtəlif cinayət törətmiş, axtarışda olan onlarla şəxs ədalət mühakiməsinə təslim edilib.

ELAZ.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri operativ əməliyyatlar nəticəsində son sutka ərzində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm nəticələr əldə olunub. Ümumilikdə 83 cinayət faktının açılması təmin olunub ki, bunlardan da 50-si cari dövrə, 33-ü isə əvvəlki dövrlərə aid bağlı qalmış cinayətlərdir.

Müxtəlif cinayət əməllərinə görə axtarışda olan 70 şəxs saxlanılıb (onlardan 43-ü borclu şəxs qismində axtarılanlardır). Cinayət törətməkdə şübhəli bilinən daha 54 nəfər tutularaq istintaqa təhvil verilib. Dələduzluq əməllərinə görə uzun müddətdir axtarışda olan 10 nəfər saxlanılıb.

İtkin kimi axtarışa verilmiş 6 nəfərin yeri müəyyən edilərək ailələrinə təhvil verilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 21 fakt aşkarlanıb. Dövriyyədən 43,6 kiloqramdan artıq güclü təsirə malik narkotik vasitə çıxarılıb.”Xaş-xaş” əməliyyatları çərçivəsində yabanı halda bitən 11 777 ədəd narkotik tərkibli xaş-xaş kolu aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

Silah-sursatla bağlı 8 fakt qeydə alınıb. Əməliyyatlarla qanunsuz saxlanılan 7 odlu silah (2 avtomat, 5 tüfəng), 4 patron darağı və 59 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb. Polis əməkdaşları tərəfindən ölkə ərazisində cinayətkarlığın qarşısının alınması və qanunsuz dövriyyədə olan təhlükəli vasitələrin təmizlənməsi istiqamətində profilaktik və əməliyyat tədbirləri qətiyyətlə davam etdirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın