Donald Tramp: -“Biz kifayət qədər yaxşı yola gedirik”

ELAZ.İNFO xəbər verir ki, Donald Tramp “Pod Force One”a verdiyi müsahibədə İranın ali lideri ayətullah Müctəba Xamenei ilə bağlı bildirib:

“Mənim onunla görüşmək imkanım olmayıb… O, prosesdədir [danışıqlar], şəksiz. Bəli, düşünürəm ki, ona çox hörmət var. Danışılanlara inansaq, onun bir çox orqanı yoxdur… Deyirlər, hər şey onun razılığı ilə baş verir, buna görə də [razılaşdırma] çox, çox uzun çəkir. Onun atası, sonra isə o… düşünürəm ki, bu nəsillikcədir. Amma, görünür, biz kifayət qədər yaxşı yola gedirik.”

Jurnalistin Xamenei ilə görüşün mümkünlüyü barədə sualına cavabında Tramp deyib: “Bəli, onunla görüşmək istərdim. Mən hamı ilə görüşmək istərdim. Onunla görüşmək istərdim və yəqin ki, işlərin necə getməsindən asılı olaraq, nə vaxtsa görüşəcəyik”.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın