ELAZ.İNFO xəbər verir ki,Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıblar.
Saxlanılanlar T. Bədəlov, P. Qurbanov, S. Xəlilov və K. Fətəliyev olmuşdur.
Onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
