Düşmənlər özləri bir-birinin “işlərinin”üstünü açır

ELAZ.İNFO xəbər verir ki, Robert Köçəryanın dediyinə görə 44 günlük müharibə zamanı İran öz hava məkanını Ermənistana silah daşımaları üçün açıb.

Bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

Köçəryan deyir: “Sülhə can atsaq da, bu gün hələ də lazım gələrsə istifadə edə bilməyəcəyimiz silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal qırıntısıdır – bir neçə ton metal. İndi xəritəyə baxın: bu mərmiləri Fransadan necə idxal etməli, Ermənistana hansı yolla çatdırmalısınız? Bir şeyi xatırlatmaq istəyirəm. 44 günlük müharibə zamanı yalnız İranın hava məkanı bu cür yüklər üçün açıq idi. İndi İran ətrafında baş verənlər vəziyyəti dəyişib. Bu isə o deməkdir ki, artıq İranın hava məkanı da NATO üzvü olan Fransadan gələn yüklər üçün bağlanacaq“.

Köçəryan açıq şəkildə bildirir ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün yalnız bir ölkə – İran öz hava məkanını veribmiş. İndi isə İran ətrafında gedən hadisələrə görə bu yol da bağlı olacaq.

Aydan

Bizi izləyin və paylaşın