ELAZ.İNFO xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkənin Baş naziri Nikol Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşüb.
Səs yazısında Mirzoyanın Paşinyanın qulağına “Türklər bu gün açırlar. Bir “xoş gəldin” mətni, XİN-in mətbuat katibindən şərh hazırlayaq” dediyi eşidilir.
Xarici işlər naziri danışarkən Baş nazir mikrofonun açıq olduğunu bildirir.
Aydan
