İranda iqtisadi durum ağırlaşdıqca rejim durumu konspiralogiya ilə açıqlamağa çalışır

ELAZ.İNFO xəbər verir ki, İranda qiymətlər sürətlə artmağa davam etdikcə, sərt xətt tərəfdarı olan din xadimləri və hökumətyönlü şəxslər məsuliyyəti dövlətdən uzaqlaşdırmağa çalışırlar.

Məşhəddə radikal mövqeyi ilə tanınan cümə imamı Əhməd Aləmülxuda bildirib ki, “qiymət artımına ABŞ ordusunun piyadaları cavabdehdir.” O daha sonra bu sözlərin məcazi məna daşıdığını deyərək müharibənin hiperinflyasiyaya səbəb olduğunu və “bahalaşmanın əsas günahkarlarının və fürsətçilərin ABŞ ordusunun piyadaları olduğunu” iddia edib.

Həftənin əvvəlində sərt xətt tərəfdarı olan “Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari yazmışdı ki, “qiymət artımı düşmənin hökumətə sızmasının nəticəsidir.”-deyə vurğulayır

N.B

Bizi izləyin və paylaşın