Amerika- İsrail tandemi iranla bağlı planlarında Cənubli qardaşlarmızın dövlət qurmağını istəməzlər. Onların planında iranda farslar iqtidardən əl çəkərsə (işğal etsələr belə) yerini kürdlərin, Bəllucuların, ərəblərin və s xalqların tutmasını planlayıblar hər zaman. Cənubli qardaşlarmızı öz planlarında ən yaxşı halda ikinci yerdə görüblər. Siyasi iqtidarın onlarda olmasını istəmirlər. Amma planların reallıqda özünü doğrultmur, görürlər ki, nə edirlər etsinlər, farslar hökumətdən gedərlərsə iran deyilən Cənubi Azərbaycanda hökuməti qardaşlarmız götürəcək və ikinci (indilik farslardan başqa) bir xalq bunu əngəlləmək gücündə deyil. Onların dəstək verdikləri kürdlər və digərləri yalnız müvvəqəti olaraq hər hansı kiçik bir bölgədə söz sahibi ola biləcəklər ki, bu da zamanla həll olunacaq. Bu üzdən Amerika-İsrail tandemi (Təkcə bunlar deyil, Çln, avropa, rusiya, ərəblər və digər güclərdə bunu istəmir) farslardan nə qədər zəhləsi getsə belə, iqtidarda qalmasında maraqlıdırlar. Bu reallığı farslar bildiyindən (çox güman Amerika ilə görüşlərdə bunu açıqca dilə gətrirlər) Amerika qarşısında rahat dirəniş göstərə bilirlər. Maraqlı bir məsələdə var ki, Türkiyə siyasi dairələri də Cənublu qardaşlarmızla bağlı qəti bir qərar verə bilmir, onların fikrincə Cənubda yeni bir türk dövlətinin yaranmasını (Bütöv Azərbaycan olmasa belə, iki can qardaşın mənəvi bağları belə bəs edir) öz milli -siyasi maraqlarına mənfi təsir edəcəyni düşünürlər. İndiki Türkiyə iqtidarının siyasi hümmətçilik (islam) üzərindən fəaliyyət göstərməsi də iki qardaş dövlətin (Azərbaycan _Türkiyə) baxışlarında istər-istəməz fərqlər yaradır. Bu üzdən farsların cənublu qardaşlarmıza on illərlədi etdiyi zülümləri görməzdən gəlib siyasi dəstəklrin farslara verdilər. Bu hal təbii ki, bizləri qane etmir və haqlı olaraq hiddətmizi bildiririk. Düşünürəm ki, Türkiyənin siyasi , ictimai sektoru ilə ciddi işləmək lazımdır. Onlar inansalar ki, Cənubda qardaşlarmız (indiki fars dövləti) Güney Azərbaycan dövlətini qurslar bu Türkyə dövlətinin maraqlarını nəyinki ziyanına əksinə onların maraqlarına tam cavab verir, baxışları dəyişə bilər. Türkiyə qardaşlarmız başa düşsələr ki, Cənubi Azərbaycan dövləti qurulmaqla Türkiyənin dövlətinin ən azından bir tərəfində tam əmin -amanlıq yaranacaq, separatçılq iki qardaş arasında əzilib yox ediləcək və Turan birliyi tam bütöv olacaq və Türküstan coğrafi ərazisi dünya siyasətində əsas söz sahibi olacaq. dünyada elə bir siyasi-hərbi güc olmayacaq ki, Turan birliyi ilə isdər-isdəməz razılaşmasın. Bu güc dünya Türklərinin əmin -amanlıq çətiri halına gələcək və uzun illər işğalçılar bu ərazidə at oynada bilmiyəcək. Türkiyə bu prosesdə aparıcı güc olaraq öndə olacaqığın bilməlidir. Bu istiqamətdə Türkiyə siyasi-ictimai sektoru ilə ciddi iş aparmalıyıq. Küsmək, soyuqluq göstərmək ancaq millətmizə ziyan vura bilər.
Şaban Nəsirov
İctimai-siyasi ekspert
