“İnter” İtaliya çempionu oldu: 21-ci dəfə zirvədə!

Milanın “İnter” klubu İtaliya A Seriyasında növbəti titulunu rəsmiləşdirib. Çempionatın 35-ci turunda “Parma”nı 2:0 hesabı ilə məğlub edən komanda, mövsümün sonuna 3 tur qalmış vaxtından əvvəl çempionluğunu elan edib.

ELAZ.İNFO xəbər verir ki, bu qələbə ilə “İnter” özünün 21-ci çempionluq tituluna sahib olub. Gərgin keçən qarşılaşmanın ilk hissəsinin əlavə edilmiş dəqiqələrində Marküas Türam hesabı açıb. 80-ci dəqiqədə isə Hənrix Mxitaryan ikinci qolu vuraraq komandasının qələbəsini rəsmiləşdirib. “İnter” 35 turdan sonra 82 xalla turnir cədvəlinin lideridir. İkinci pillədə qərarlaşan “Napoli”nin aktivində 70 xal var. “Napoli” qalan bütün oyunlarında qalib gəlsə belə, 79 xal toplaya bilir ki, bu da milanlıların çempionluğunu qarantiyalayır. Xatırladaq ki, ötən mövsüm çempion adını “Napoli” qazanmışdı. İtaliya çempionatında ən çox titul qazanma rekordu hələ də “Yuventus”a məxsusdur (36 titul).

“İnter” bu qələbə ilə ölkə futbolunda öz hegemonluğunu bir daha sübut edərək, növbəti dəfə kuboku başı üzərinə qaldırmaq hüququ qazandı.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights