ELAZ.İNFO
Ən əsas tərifində insulin, bədəndə şəkər (qlükoza) axını idarə edən hormon, qan şəkərinin səviyyəsini tənzimləməyə və bədənin ehtiyac duyduğu enerjini əldə etməyə kömək edir. Ancaq bəzi insanlarda bu proses lazım olduğu kimi işləməyə bilər. Bu zaman insulin müqaviməti adlanan tibbi vəziyyət yaranır.
Ümumiyyətlə artıq çəkili insanlarda müşahidə olunduğu düşünülən bu vəziyyətlə bağlı Mütəxəssis Dr. Aysel Məmmədyarzadə insulin müqavimətinin arıq insanlarda da müşahidə oluna biləcəyinə diqqət çəkdi.
Hüceyrələrin insulin siqnalına lazımi cavab verməməsi nəticəsində qan şəkərinin yüksəlməsinə səbəb olan vəziyyətə insulin müqaviməti deyilir. Mütəxəssis, Endokrinologiya və Metabolizma Xəstəlikləri Mütəxəssisi Dr.Aysel Məmmədyarzadə bu vəziyyətin müxtəlif səbəbləri, o cümlədən genetik faktorlar ola biləcəyini bildirərək, insulin müqavimətinin yaratdığı xəstəliklərə diqqət çəkib. Aysel Məmmədyarzadə xəbərdarlıq edib ki, “İnsulin müqaviməti çox vaxt artıq çəki ilə əlaqəli olsa da, normal çəkidə, hətta arıq insanlarda da yarana bilər. Bu, təkcə çəki ilə bağlı deyil, həm də genetik meyl, oturaq həyat tərzi, nizamsız qidalanma vərdişləri, xüsusən də qarın nahiyəsində piylərin yığılması kimi amillərdən qaynaqlanır”.
Aydan
