ELAZ.İNFO xəbər verir ki, Ağcabədidə iki nəfər qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi baş vermişdir.
Hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Tərəflər arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib.
Kənd sakinləri – 1996-cı il təvəllüdlü Şaiq Məmmədov və 1989-cu il təvəllüdlü Həsən Mamedov qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Aydan
