Süquta gedən İran öz qəbrini daha da dərin qazır

ELAZ.İNFO Güney Azərbaycan Cümhuriyyət PartiyasInın bəyanatını oxucuların diqqətinə olduğu kimi paylaşır.

Süquta gedən İran öz qəbrini daha da dərin qazır.
Güney Azərbaycan Cümhuriyyət Partiyası, İran rejiminin Naxçıvan hava limanına qarşı həyata keçirdiyi hücumları və Azərbaycan Respublikasının ərazi bütövlüyünə yönələn hər cür təhdidi qətiyyətlə və açıq şəkildə pisləyir. Əminliklə bildiririk ki, bu təcavüzün ən sərt cavabı məhz Güney Azərbaycan xalqından gələcək. Bu intiharçı hərəkət təkcə beynəlxalq hüququ pozmur, eyni zamanda müstəqil Azərbaycan dövlətinin suverenliyinə qarşı birbaşa hücumdur.
Bu mənfur hücum, Güney Azərbaycanlıların səbir kasasını daşıran son damla oldu.
Azərbaycan Respublikasına yönələn istənilən təhdid, 50 milyonluq bütöv Azərbaycan xalqına qarşı yönəlmiş sayılır. Güneydəki Azərbaycan övladları bütün gücləri ilə Azərbaycan Dövlətinin və xalqının yanındadır və əbədi olaraq yanında qalacaq.
Süquta doğru sürətlənən İran rejimi bilməlidir ki, bu təcavüz öz məzarını daha da dərinləşdirir və bu əməllərinin ağır nəticələrindən qaça bilməyəcək.
Biz beynəlxalq ictimaiyyəti bu təhlükəli hərəkətlər qarşısında susmamağa, bölgədə sabitliyi qorumağa, millətlərin öz taleyini sülh içində həll etməsinə nəzarət etməyə və ədaləti təmin etmək üçün qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq.
Dünya bunu bilsin ki, Azərbaycan birdir, mənəvi cəhətdən bütövdür! İran heç vaxt bizi ayıra bilməyib və bundan sonra da buna nail ola bilməyəcək.


Güney Azərbaycan Cümhuriyyət Partiyası
5 mart 2026

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights