Görəsən kimin dəyirmanına su tökürlər?

ELAZ.İNFO xəbər verir ki, Rüfər Muradlı özünün Facebook sosial şəbəkə hesabında yerli TV-lə bağlı çox maraqlı material paylaşıb.

Müəllif qeyd edir ki, ARB kanalında İranla bağlı danışarkən bilərəkdənmi və ya bilməyərəkdənmi yalan informasiya verirlir.

Rüfət Muradlı qeyd edir ” Rayonda olduğum üçün gözüm istər istəməz yerli TV kanallarına sataşır. ARB kanalında İranla bağlı danışırlar. Tam bir fiasko. Bu qədər diletant yanaşma və prinsipsizliyə necə yol verirsiniz? İranda soydaşlarımızın sayını 17 faiz elan etmək nə deməkdir? Siz, kimin dəyirmanına su tökürsünüz?. Kanalın bu rəzalətindən sonra hörmətli ekspert də soydaşlarımızın mövcud rejimi dəstəklədiklərini bildirir. Bilməmək günah deyil, amma yalan informasiya yaymaq ən yumşaq anlamda etikadan uzaqdır”.

Sözardı: Görəsən, kimin dəyirmanına su tökürlər?.

N.B

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights