ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdəki hərbi gərginlik mülki aviasiyaya ağır zərbə vurub. regionda hava məkanının bağlanması səbəbindən 6-8 minə yaxın Rusiya vətəndaşı üçüncü ölkələrdə çarəsiz vəziyyətdə qalıb. Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Artur Muradyan məlumat verib. Hərbi əməliyyatlar fonunda körfəz ölkələri üzərindən həyata keçirilən tranzit uçuşlar tamamilə dayandırılıb. Yalnız 1 mart tarixinə regionda 700-dən çox aviareys ləğv olunub. Bu, minlərlə insanın biletlərinin etibarsız olması və təhlükəsizlik səbəbindən hava limanlarını tərk edə bilməməsi ilə nəticələnib.
Hazırda turistlərin təxliyəsi və alternativ marşrutların tapılması istiqamətində gərgin işlər gedir. Lakin hava məkanının nə vaxt açılacağı məlum olmadığı üçün vəziyyət saatbasaat gərginləşir. Rusiya vətəndaşlarının əksəriyyəti Dubay və digər böyük hablar vasitəsilə dünyanın müxtəlif nöqtələrinə uçmağı planlaşdırırdılar.
Xəbərdarlıq: Yaxın Şərqə səyahət planlaşdıran şəxslərə reyslərin statusunu mütəmadi yoxlamaları və mümkün alternativaları nəzərdən keçirmələri tövsiyə olunur.
Ruslan MƏMMƏDOV