Səmalar Bağlandı: “Aeroflot” Dubay və Əbu-Dabi Reyslərini Təcili Ləğv Etmir!

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın nəhəng aviaşirkəti “Aeroflot” qrupu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) olan bütün uçuşlarını dayandırdığını elan edib. 1 mart tarixinə planlaşdırılan Dubay və Əbu-Dabi reysləri hava məkanındakı məhdudiyyətlər səbəbindən icra olunmayacaq. Rəsmi məlumatlara görə, bu qərar Birləşmiş Ərəb Əmirliklərinin hava məkanından istifadəyə qoyulan müvəqqəti qadağaların müddətinin uzadılması ilə bağlıdır. “Aeroflot” rəhbərliyi bəyan edib ki, yaranmış vəziyyət şirkətin iradəsindən kənardır və sərnişinlərin təhlükəsizliyi hər şeydən üstündür.

Uçuşu ləğv edilən minlərlə sərnişin üçün şirkət xüsusi şərtlər təklif edir: Yenidən rəsmiləşdirmə: Boş yerlər olduğu təqdirdə biletləri ən yaxın tarixlərə dəyişmək mümkündür. Məcburi geri qaytarma: Səfərdən imtina edənlər ödənişlərini tam şəkildə geri ala bilərlər. Vacib qeyd: Hazırda Dubay və Əbu-Dabi istiqamətində yola düşməli olan sərnişinlərə hava limanlarına getməzdən əvvəl reyslərin statusunu mütəmadi yoxlamaları tövsiyə olunur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights