ELAZ.İNFO verir ki, Pakistan və Əfqanıstan sərhədində vəziyyət kritik həddə çatıb. Pakistanın informasiya naziri Attaulla Tarar “X” sosial şəbəkəsində verdiyi rəsmi bəyanatda bildirib ki, hərbi toqquşmalar nəticəsində həlak olan Əfqanıstan hərbçilərinin sayı 331-ə yüksəlib, 500-dən çox hərbçi isə yaralanıb.
Nazirin sözlərinə görə, Pakistan ordusu qonşu ölkə ərazisindəki 37 hərbi obyektə havadan zərbələr endirib. Əməliyyatın nəticələri barədə bu rəsmi rəqəmlər açıqlanıb. 104 əfqan blokpostu məhv edilib; 22 post Pakistan ordusunun nəzarətinə keçib; 163-dən çox hərbi texnika (tanklar, BTR və artilleriya qurğuları) sıradan çıxarılıb. Hazırda Pakistan və Əfqanıstanın “Taliban” hökuməti açıq silahlı qarşıdurma vəziyyətindədir, – deyə Pakistanın müdafiə naziri Xavaca Asif vəziyyətin ciddiliyini vurğulayıb.
Xatırladaq ki, fevralın 26-da başlayan döyüşlər hər iki tərəfin ciddi itkilər verməsi ilə müşayiət olunur. Əfqanıstan tərəfi 55 Pakistan hərbçisinin öldürüldüyünü iddia etsə də, İslamabad döyüş əməliyyatlarının davam etdiyini və üstünlüyün onlarda olduğunu bildirir.
Ruslan MƏMMƏDOV