Məşhur Fiqlurlu Konkisürən Rusiyada İP (Fərdi Sahibkar) Açıb

ELAZ.İNFO xəbər verir ki, üçqat Rusiya çempionu və Qran-pri finalının qalibi, məşhur fiqurlu konkisürən Adeliya Petrosyan Rusiyada fərdi sahibkar (İP) kimi qeydiyyatdan keçib. “Kontur.Fokus” resursunun məlumatına görə, 18 yaşlı idmançının fəaliyyət növü rəsmi olaraq rəsmiləşdirilib.

Sənədlərdə Petrosyanın əsas fəaliyyət növü “İfaçılıq sənəti ilə bağlı yardımçı fəaliyyət” kimi göstərilib. Bu, onun idman karyerası ilə yanaşı, şou və digər kommersiya layihələrində daha aktiv iştirak edəcəyinə işarə edir. Petrosyanın aktivində üç Rusiya çempionluğu və Qran-pri qələbəsi var. O, həmçinin İtaliyada keçirilən Olimpiya Oyunlarında iştirak edərək altıncı yeri tutub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights