Həyat yoldaşı olmaq üçün həyat yoldaşlığında ürək birliyində əl-ələ vermək lazımdır. Mömin səmimi və mehriban olmaq lazımdır. Səmimiyyət və sevgi öz həqiqi dəyərini ailə üzvləri arasında yaşandıqda tapır. Qurani-Kərim zövcələri ilə pis rəftar edən və ya zülm edən kişiləri xəbərdar edir, onlara zövcələri ilə yaxşı münasibət qurmağı və onlarla mehriban davranmağı tövsiyə edir. Qurani-kərim həyat yoldaşlarının bir-birlərində xoşlamadıqları cəhətlər tapa biləcəyinə diqqətimizi çəkir, lakin xoşagəlməz vəziyyətin belə nəticədə faydalı ola biləcəyini xatırladır (Nisa, 4/19).
Peyğəmbərimiz də bizi müsbətə diqqət yetirməyə, yaxşını görməyə və səmimi olmağa dəvət edir: “Mömin zövcəsinə nifrət etməməlidir. Həqiqətən, qadında bir xisləti bəyənməsə, şübhəsiz ki, başqa bir xüsusiyyəti bəyənər”. (Müslim, Rada, 61). Evlilik bir evi paylaşmaq deyil, həyatı paylaşmaqdır. Bir-birinin şəxsiyyətinə hörmət etmək, bir-birinin fikrinə dəyər vermək bu paylaşımın əsas tələblərindəndir. Bütün ailə məsələlərində birlikdə qərar vermək, səmimiyyəti və dürüstlüyünü qoruyub saxlamaq, ər-arvad arasındakı münasibətləri etimad əsasında qurmaq ailə birliyi üçün son dərəcə əhəmiyyətlidir.
Ali Kamal Maboçoğlu Türkiyə