ELAZ.İNFO xəbər verir ki, Rusiya milli basketbol komandasının baş məşqçisi Zoran Lukiç, Fransa həbsxanasından azad edildikdən sonra “Yenisey” klubu ilə müqavilə bağlayan Daniil Kasatkinin milli komandaya dəvət olunması perspektivlərini şərh edib. Lukiç bildirib ki, Kasatkinin əvvəlcə normal həyata və basketbola tam qayıtması vacibdir.
Daniil Kasatkin ötən ilin iyununda Fransada ABŞ-ın sorğusu ilə haker şəbəkəsinə yardım etməkdə şübhəli bilinərək saxlanılmışdı. Lakin yanvar ayında Kasatkin Rusiyaya qaytarılıb və Krasnoyarsk klubunun heyətinə qoşulub.Zoran Lukiç əlavə edib: “Onun Rusiyaya qayıtmasına hamımız çox şadıq. Milli komanda ondan heç yerə qaçmır, əsas odur ki, o, basketbola tam konsentrasiya olsun”. Kasatkin hazırda Rusiyada normal məşq prosesinə davam edir.
Ruslan MƏMMƏDOV