ELAZ.İNFO xəbər verir ki, teatr və kino dünyasının tanınmış siması, məşhur “Qar kraliçası” filmindəki rolu ilə yaddaşlarda qalan Natalya Klimova vəfat edib. 88 yaşında dünyasını dəyişən aktrisa Murom şəhərindəki Müqəddəs Dirilmə qadın monastırının ərazisində dəfn olunub.
Natalya Klimova 1938-ci ildə Moskvada anadan olub. Yaradıcılıq yoluna MMXAT məktəb-studiyasını bitirdikdən sonra “Sovremennik” teatrında başlayıb. Ona geniş şöhrət gətirən isə “Mühəndis Qarin hiperboloidi” filmindəki Zoya Monroz və “Qar kraliçası” nağılının ekranlaşdırılmasındakı baş rolu olub Ömrünün son illərini həyat yoldaşı Vladimir Zamanski ilə birlikdə Muromda keçirən aktrisa, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ruslan MƏMMƏDOV