Rus Qız və Nigeriyalı Dünyanı Heyran Etdi

ELAZ.İNFO xəbər verir ki, İjevsk şəhərindən olan Natalya və Nigeriyadan Rusiyaya təhsil almağa gələn Ceykobun hekayəsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Beynəlxalq nikahdan doğulan uşaqların gözəlliyi və valideynlərin məhəbbət hekayəsi hər kəsi heyran edir. Ceykob və Natalya Rusiyada universitetdə tanış olublar. Cütlüyün münasibətləri tezliklə sevgi və toy ilə nəticələnib. Lakin Natalyanın valideynləri bu nikaha əvvəlcə şübhə ilə yanaşıblar.

Rusiyada karyera qurmaqda çətinlik çəkən cütlük Nigeriyaya köçmək qərarına gəlib. Nigeriyada Natalyanı Ceykobun ailəsi böyük sevgi ilə qarşılayıb. Natalya üçün ən böyük sürpriz isə həyat yoldaşının Nigeriya şahzadəsi və əsilzadə nəslin nümayəndəsi olduğunu öyrənmək olub. Cütlüyün Djaqo adında körpəsi doğulub. İki mədəniyyətin qarışığından doğulan körpə öz gözəlliyi və fəallığı ilə hər kəsi valeh edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights