Ermənistan Rusiya Hərbi Bazasının Ölkədən Çıxarılmasına “Yox” Dedi

ELAZ.İNFO xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Polşaya səfəri çərçivəsində Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. Polşa Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən Paşinyan, bazanın ölkədən çıxarılmasının gündəmdə olmadığını vurğulayıb.

Heç Bir Planımız Yoxdur Diplomatlar və analitiklərlə görüşdə Paşinyan, Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılması ilə bağlı suala konkret cavab verib: “Ermənistan ərazisində Rusiya hərbi bazasının olması ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur”.

Əlaqələr Transformasiya Mərhələsindədir Paşinyan qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondursa da, Rusiya ilə iqtisadi və siyasi əlaqələr transformasiya mərhələsində davam edir. O, həmçinin 2020-ci il atəşkəs razılaşmasında Rusiya Prezidenti Vladimir Putinin həlledici rolunu xatırladıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights