Sağlam gələcək sağlam nəsil üzərində qurulur. Xalqımızın, dövlətimizin gələcək varisləri sağlam ruhda, sağlam şəraitdə böyüməlidir. Uşaqlar laqeydlikdən, ögey, yad baxışlardan uzaq tutulmalıdır. Onlara daima lazımlı, vacib olduqlarını hiss etdirmək lazımdır. Bir sözlə, uşaqlar ailədə böyüməlidir.
Uşaqların ailədə böyüməsi məsələsinə öz münasibətini bildirən hüquqşünas Çingiz Bəşirov ELAZ.İNFO-ya söyləyib ki, “Azərbaycanda uşaq evlərini ləğv etmək üçün dövlət proqramının qəbul edilməsinin vaxtıdır. Hər kəs başa düşür ki, uşaq evlərində uşaqların böyüdülməsi onları ailələrdə böyütməklə müqayisədə heç nədir”.
Çingiz Bəşirov onu da vurğulayıb ki, “Müharibə şəraitində yaşayan Gürcüstan və Çeçenistanda uşaq evləri yoxdur. Gürcüstanda yetimlər qəyyum və övladlığa götürən ailələrə yerləşdirilir, Çeçenistanda isə belə uşaqlar qohumları tərəfindən qəbul edilir”.
İlahə BAYINDIR