Hindistan Baş naziri Modinin İsrailə səfəri İsrail ilə Hindistan arasında ittifaq oxunun formalaşdığını nümayiş etdirib. Belə ki, İsrail Hindistanı müasir silahlar və qabaqcıl texnologiyalarla təmin edir və Hindistan İsrailin Hindistana satdığı dronları Ermənistana ötürmək niyyətindədir.
O da məlumdur ki, 22 fevralda Knessetdə çıxış edən Netanyahu, yaranmaqda olan ittifaqın Hindistan, Yunanıstan və Kipri əhatə edə biləcəyini bildirdi.
O, həmçinin sözdə “radikal şiə və radikal sünni dünyasının oxu”nu əsas düşmən kimi müəyyən etdi. Bütün bu ölkələr ermənilərin dostu və Azərbaycanın və dostlarımız Türkiyə ilə Pakistanın düşmənləridir.

Modi üçün “ortaq düşmən” amili – ilk növbədə Pakistan və ümumiyyətlə müsəlman dövlətləri – Qərbdə güclü mövqeyə malik İsrail ilə tərəfdaşlığı dərinləşdirmək üçün əlavə bir stimuldur.
Çingiz BƏŞİROV